|
“Milan” 40 yaşlı qapıçı aldı

“Milan” heyətinə yeni qapıçı cəlb edib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Kalyari”nin qapıçısı Marko Storari transfer edilib.
40 yaşlı qapıçı mövsümün sonuna kimi “qırmızı-qaralar”da çıxış edəcək.  “Milan” onun əvəzində qapıçısı Qabrieli  “Kalyari”yə göndərib.

Qeyd edək ki,  Storari  2007-2010-cu illərdə də “Milan”da oynayıb.

cia.az