|
"Monako" yarımfinalda

Fransa Liqa kubokunda 1/4 finala start verilib.
Qol.az-ın xəbərinə görə, ilk oyun günündə iki görüş keçirilib.
“Nant” öz meydanında “Nansi”yə uduzub – 0:2. Qonaqlar yarımfinala  vəsiqəni təmin edib.
Digər görüşdə isə “Moanko” “Soşo”nun qaonağı olub. Əsas vaxtı  1:1 hesablı bərabərliklə başa çatan qarşılaşma  penaltilər seriyasına qədər uzanıb. Penaltiləri daha dəqiq yerinə yetirən Knyazlıq təmsilçisi yarımfinala yüksəlib.
1/4 fianlın digər cütlərində PSJ “Mets”lə, “Bordo” isə “Qenqam”la qarşılaşacaq.

10 yanvar

Fransa Liqa kuboku, 1/4 final

“Nant” – “Nansi” -  0:2
Qollar:
 Dale, 31, Kuffo, 45+3.

“Soşo” – “Monako” -  1:1 (Penaltilər - 3:4)
Qollar:
 Andriatsima, 16 (1:0), Joao Moutinyo, 83 (1:1)

 cia.az