Aktyor Oktay Kaynarca ilə eşq yaşadığı söylənilən aktrisa Məryəm Uzerli açıqlama verib.
Yayılan xəbərlərin şayiə olduğunu deyən aktrisa Oktayı özünə yaraşdırmayıb:
"Berlində Oktayla baş-başa deyildik. Yanımızda aktyor Tarık Ünlüoğlu və həyat yoldaşı Gülenay Ünlüoğlu da var idi. Yeni münasibətə başlamaq üçün hələ hazır deyiləm. Bir də ki, o, mənim tipim deyil".
Qeyd edək ki, qızı Laranın atası Can Atəşlə ayrılan aktrisa Alp Özcanla da 10 aylıq münasibətlərində xoşbəxtliyi tapa bilmədiyini demişdi.
Cia.az
