|
"BakuBus" MMC: “Qəza törədən bizim sürücü deyil”

"BakuBus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev avtobus qəzası ilə bağlı açıqlama verib. O, Cia.az-a deyib ki, hadisənin “BakuBus” sürücüsü tərəfindən törədilməsi fikri tamamilə yanlışdı:

“Bu reallığı əks etdirmir. Hüquq-mühafizə orqanları tərəfindən araşdırma başa çatdıqdan sonra hadisə bütün detalları ilə ictimaiyyətə təqdim olunacaq”.

Qeyd edək ki,  yanarın 9-da, Bakı şəhəri, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində "BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkət edən "İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə "Nissan Qasqai” toqquşub. Nəticədə avtomobili idarə edən 1967-ci il təvəllüdlü Sevda İsmayılova ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb.

Cia.az