|
Şəmkirdə ağır qəza:

Şəmkir rayonunda baş verən ağır yol qəzası zamanı iki sürücü ölüb.

Daxili İşlər Nazirliyindən Cia.az-a verilən məlumata görə, Şəmkir rayonunun Kür qəsəbəsində rayon sakini Nadir Əhmədovun idarə etdiyi "KİA" və Mingəçevir şəhər sakini Əbülfət Məmmədovun idarə etdiyi "Grand-River" markalı avtomobillərin toqquşması nəticəsində hər iki sürücü hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Cia.az