|
Bakıda avtobus və minik maşını toqquşdu, ölən var
Bakıda avtobusla minik maşını toqquşub, qadın sürücü dünyasını dəyişib. 
Hadisə Binəqədi rayonu ərazisində, Cəfər Xəndan küçəsində qeydə alınıb.  “BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkətdə olan avtobus minik maşını ilə toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü, 50 yaşlı Sevda İsmayılova dünyasını dəyişib.
Qəzanın səbəbini Binəqədi Rayon Polis İdarəsi araşdırır. 
Cia.az