|
FTB “Volksvagen”in menecerini həbs etdi
ABŞ Federal Təhqiqatlar Bürosu “Volksvagen” avtomobil şirkətinin eks-meneceri Oliver Şmidti həbs edib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Nyu York Tayms” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Şmidt dələduzluqda şübhəli bilinərək saxlanılıb. Floridada həbs edilən eks-menecerin Detroyta gətiriləcəyi və burada məhkəmə qarşısına çıxarılacağı bildirilib. ABŞ mətbuatı Şmidtin “dizelgeyt” qalmaqalında mühüm rol oynadığını bildirib.
 
Qeyd edək ki, 2015-ci ildə “Volksvagen” şirkətinin dizel yanacağı ilə işləyən 11 milyon avtomobilini yoxlamalar zamanı zərərli qazların miqdarının on dəfələrlə azalmasına imkan yaradan proqramla təchiz etdiyi ortaya çıxıb. Nəticədə “Volksvagen”in satışı kifayət qədər azalıb, şirkətin səhmdarları isə ona qarşı 4 milyard avroluq iddia qaldırıblar.
Cia.az