|
Həcc ziyarəti ərəfəsində teraktlar törədiləcək - Xəbərdarlıq
İraq ordusu Mosulu İŞİD-dən geri almağı bacararsa, yaxın zamanda terrorçular bütün regiona yayılacaq. Xüsusilə də Səudiyyə Ərəbistanının terrorçuların hədəfinə çevrilməsi ehtimalı yüksəkdir.
Bu sözləri türkiyəli politoloq Ömər Bədrəddin Sputnik-ə açıqlamasında deyib.
“Çox güman ki, İŞİD-çilərə Səudiyyədə intensiv fəaliyyətə keçməklə bağlı əmr verilib. Yaxında Həcc və Ümrə ziyarətlərinə görə ölkəyə minlərlə zəvvar gələcək. Səudiyyənin təhlükəsizlik qüvvələri terrorçular haqqında yetərli məlumata sahib deyil. Zəvvarların arasına qarışan terrorçuları müəyyən etmək çox çətin olacaq”, - Bədrəddin vurğulayıb.
 
Qeyd edək ki, bir müddət əvvəl Ər-Riyadda silsilə terror aktları planlaşdıran 2 terrorçu məhv edilmişdi.
Cia.az