ABŞ xüsusi təyinatlıları Suriyada İŞİD liderlərinə qarşı əməliyyat təşkil edib.
Musavat.com-un məlumatına görə, bu barədə məlumat kütləvi informasiya vasitələrində yayılıb, çox sayda İŞİD silahlısının öldürüldüyü və tutulduğu qeyd edilib.
Pentaqon sozçüsü Ceff Davis açıqlama verərək Suriyanın Deyr-əz Zor şəhəri yaxınlığında İŞİD düşərgəsinə hücum edildiyini təsdiqləsə də, terrorçuların tutulması haqda yayılan məlumatın həqiqətdən uzaq olduğunu bildirib: “İŞİD liderlərinə qarşı strateji əməliyyat həyata keçirmək üçün Suriya və İraqa göndərilən xüsusi təyinatlılar Deyr-əz Zorda terrorçuların düşərgələrinə hücum edib. Terrorçular məhv edilib. Lakin rəqəmlər şişirdilir. İŞİD silahlılarının tutulması haqda yayılan xəbərlər isə doğru deyil”.
cia.az
