|
Gürcüstanda ağır yol qəzası baş verib, bir azyaşlı ölüb, 3 nəfər yaralanıb
Gürcüstanda ağır yol qəzası baş verib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Qori-Skra yolunda qeydə alınıb. Minik avtomobilinin buzlu yolda sürüşərək aşması nəticəsində 3 yaşlı uşaq həyatını itirib. Biri uşaq olmaqla, daha 3 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onların üzərində cərrahiyə əməliyyatı aparıldığı bildirilir.
 
Qəzaya səbəb kimi pis hava şəraiti göstərilir.
Cia.az