|
Kolumbiyada körpünün uçması nəticəsində ölənlərin sayı 11-ə çatıb
Kolumbiyada asma körpünün uçması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin xilasedici xidmətləri məlumat verib.
Bundan əvvəl 7 nəfərin öldüyü, 13 nəfərin xəsarət aldığı bildirilirdi.
 
Faciə Vilyavisensio şəhərində baş verib. Ölənlər arasında anasının qucağında olan yaş yarımlıq körpə var. Qəza baş verdiyi an körpüdə 30-a yaxın insan olub. Asma körpünün konstruksiyası 10-15 metr təşkil edib. Hadisənin səbəbləri barədə hələ ki, məlumat verilmir. 
Cia.az