Hollivud məşhurlarını bir araya gətirən "Qızıl qlobus" mükafatlandırma mərasimində türk ulduz da iştirak edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa Tuba Ünsal bir zinət əşyası firmasının dəvətlisi olaraq Los-Ancelesdəki mərasimə qatılıb.
O, qırmızı xalçada çəkdirdiyi bir fotosunu İnstaqramda paylaşıb. Xəstə yatağından qalxaraq tədbirə getdiyini deyən Tuba göy rəngli libası ilə hər kəsi heyran edib. O, sosial şəbəkədə "Hər kəs libasımı bəyənib xoş sözlər dedi" yazıb.
Cia.az
