|
İlham Əliyev Minskə getdi

Azərbaycan prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarusa səfərə gedib.

CİA.Az AzərTAc-a istinadən xəbər verir ki, Minsk Milli Aeroportunda Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidentini yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.