|
İstanbulda qarın hündürlüyü 122 sm-ə çatıb

Türkiyənin İstanbul şəhərində qeyri-sabit hava şəraiti davam edir.

Trend İstanbul bələdiyyəsinə istinadən məlumat verir ki, şəhərin Çatalca rayonunda yağan qarın qalınlığı 122 sm-ə çatıb.

Qarlı hava şəraiti ilə əlaqədar olaraq İstanbulda bərə nəqliyyatı, aviareyslər təxirə salınıb.

Sinoptiklər əlverişsiz hava şəraitinin hələ davam edəcəyini bildirirlər.

Cia.az