|
Suriyada İranyönlü iki hərbçi öldürülüb
Suriyada İran İnqilab keşikçilərinə bağlı sayılan “Fatimiyyun tuğayları”nın iki hərbçisi öldürülüb.
“Report” “Aksam” saytına istinadən xəbər verir ki, atışmada öldürülən şəxslər Əfqanıstan əsilli 18 yaşlı Sadık Zamani və 29 yaşlı Naim Qulamidir.
 
Məlumata görə, son bir həftədə Suriaydakı döyüşlərdə İranyönlü 10 silahlı öldürülüb.
İran İnqilab Keşikçilərinə aid olub, Suriyada döyüşən “Fatimiyyun tuğayı” Əfqanıstan, “Zeyəbiyyun tuğayı” isə Pakistan əsilli döyüşçülərdən formalaşıb. Hər iki silahlı qruplaşma Bəşşar Əsəd rejimi tərəfindən döyüşür.
 
Bu gündək Suriyadakı silahlı toqquşmada İranın 2 min əsgəri öldürülüb. Onların arasında generallar da var.  
cia.az