|
Sabiq prezidentin oğlu evində ölü tapılıb

Polşanın sabiq prezidenti Lex Valensanın oğlu Qdansk şəhərində evində ölü tapılıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 43 yaşlı Pşemıslav Valensanın cəsədinin üzərində xəsarət izlərinin olmadığı bildirilir.

Hadisə yerində hüquq-mühafizə orqanları işləyir.

Cia.az