|
Bakıda iki yük avtomobili yanıb
Bakıda yanğın hadisəsi qeydə alınıb.
Cia.az-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda vətəndaşa məxsus 2 ədəd “SUPERMAZ" markalı yük avtomobillərinin kabinə və mühərrik hissələri yanıb.
Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 18.53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Cia.az