Yunanıstanın baş naziri Aleksis Çipras 9-12 yanvar tarixində Cenevrədə baş tutacaq Kipr müzakirələrində iştirak etmək istədiyini bildirib.
Bu barədə Yunanıstanın baş nazirliyi açıqlama yayıb. Açıqlamada Çiprasın müzakirələrə ən yüksək səviyyədə qatılmağa hazır olduğu bildirilib və baş nazirin Cenevrə müzakirələrindən yüksək nəticə alınması üçün çalışdığı qeyd edilib. Yunanıstan baş nazirliyindən verilən açıqlamada müzakirələrdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakının arzuolunan olduğu bildirilib, lakin onun iştirak edib-etməyəcəyinə dair məlumatsız olduqları qeyd edilib.
Digər tərəfdən, Yunanıstan xarici işlər naziri Nikos Kocias Nyu-Yorkda Türkiyə XİN rəhbəri Mevlüt Çavuşoğlu ilə təkbətək görüşdən sonra açıqlama vermiş, uzlaşmaya yaxın bir nəticə əldə edilmədiyini bildirmişdi.
Cia.az
