"Dünya üçüncü dünya müharibəsinə sürüklənir".
Bunu "YouGov" şirkətinin qərb ölkələri vətəndaşları arasında apardıqları sorğu göstərib.
Sosioloqlar doqquz qərb ölkəsində 9 min insan arasında apardıqları sorğudan sonra bu nəticəyə gəliblər. Sorğu keçirilən ölkələr arasında ABŞ, Böyük Britaniya, Fransa da var. ABŞ-dan sorğuda iştirak edən şəxslərin 64 faizi bildirib ki, üçüncü dünya müharibəsi qaçınılmazdır. Dünya hadisələrinin sülh yolu ilə həllinə isə cəmi 15 faiz insan inanır.
Böyük Britaniyadan sorğuda iştirak edənlərin 61 faizi yeni müharibənin olacağına, 19 faizi isə hər şeyin sülhlə başa çatacağına inanır. Sorğuda 71 faiz amerikalılar, 59 faiz britaniyalılar tənlükənin Rusiyadan gəldiyini qeyd ediblər.
Cia.az
