Hazırda Antalya hazırlığını davam etdirən “Neftçi” PFK-nın düşərgəsində baxışda olan 1 futbolçu var.
Bu haqda klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb.
Bildirilir ki, xorvatiyalı Damir Vidoviç hücumçu mövqeyində çıxış edir. 28 yaşlı hücumçunun “Sivasspor” klubu ilə oyunda meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, Vidoviç ölkəsində son olaraq “Sibaliya”da oynayıb.
Cia.az
