|
Kamran əsas heyətdə, Emin ehtiyatda

Portuqaliya liqasının 16-cı turunun “Boavişta” – “Setubal” oyunu üçün heyətlər bəlli olub.

Millimizin “Boavişta”da çıxış edən hər iki futbolçusu – Kamran Ağayev və Emin Mahmudov matçın iştirakçıları sırasındadır. Kamran əsas, Emin isə ehtiyat heyətdə yer alıb.

Oyun Bakı vaxtı ilə saat 22.00-da başlanacaq.

Cia.az