|
Bakıda ağır qəza: ölən və yaralanan var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Cia.az saytı xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zabrat-Maştağa yolunda baş verib. Dörd minik avtomobilinin  toqquşması ilə nəticələnən qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Yaralılar 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən xəbərə görə, onlardan birinin vəziyyəti ağır, üçünün vəziyyəti isə stabildir. Yaralılardan biri azyaşlı uşaqdır.

Məlum qəza səbəbindən Zabrat yolunda tıxac yaranıb. 

Cia.az