Türkiyədə PKK terror təşkilatına qarşı əməliyyat təşkil olunub.
Əməliyyat nəticəsində 2 əsgər şəhid olub, 4 əsgər yaralanıb.
Türkiyə Baş Qərargahından verilən açıqlamada 1 terrorçunun ölü olaraq ələ keçdiyi bildirilib: “Şırnak əyalətinin Gabar dağında PKK-çılara qarşı əməliyyatda əsgərlərlə terrorçular arasında atışma baş verib. Atışma nəticəsində 2 əsgər şəhid olub, 4 əsgər isə yaralanıb. Yaralı əsgərlər dərhal xəstəxanaya yerləşdirilib. Əməliyyat nəticəsində 1 terrorçu ölü olaraq ələ keçib. Hava şəraitinin əlişverişsiz olması səbəbindən yaralanan və məhv edilən digər terrorçuların sayı barədə məlumat əldə edilməyib”.
Baş Qərargahdan verilən məlumata əsasən, bölgədə PKK-nın 9 sığınacağı aşkarlanıb və həmin sığınacaqlardan xeyli sayda silah-sursat, həmçinin qida məhsulları, generator, soyuducu ələ keçirilib.
Cia.az
