|
Diyarbəkirdə polis məntəqəsinə bomba atıldı
Türkiyənin Diyarbəkir bölgəsində Polis Nəzarət Məntəqəsinə hücum edilib.
Hadisə axşam saatlarında Diyarbəkir-Şanlıurfa avtomobil yolunun 1-ci kilometrliyində baş verib. Təxminən polis məntəqəsinin 50 metrliyinə əl istehsalı olan partlayıcı maddə atılıb. Partlayış nəticəsində ölən və ya yaralanan olmayıb, polisin ərazidə apardığı araşdırma nəticəsində isə 2 nəfər saxlanılıb.
Polisin hadisə yerində araşdırmaları davam etdirir.
Cia.az