Kiber hücumların seçki nəticələrinə heç bir təsiri olmadı.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp mətbuata açıqlamasında deyib.
“Rusiya, Çin və digər ölkələr, eləcə də müxtəlif qruplar sistematik olaraq ölkəmizin daxili infrastrukturuna, hökumət idarələrinə və digər qurumlara qarşı kiber hücumlar təşkil etməyə cəhd ediblər. Lakin seçki nəticələrinə təsir edəcək hər hansı müdaxilənin şahidi olmadıq”, - Tramp bildirib.
Milyarder prezident qeyd edib ki, vəzifəsinin icrasına başladıqdan sonra kiber hücumlardan qorunmaq üçün 90 gün ərzində yeni komanda yaradacaq.
Xatırladaq ki, ABŞ rəsmiləri Rusiyanın 8 noyabr prezident seçkilərinə kiber müdaxilə etməsi ilə bağlı fikirlər səsləndirirdilər.
Cia.az
