|
Türk qırıcılar İraqı bombaladı
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar İraqın şimalında Qəndil bölgəsinə 11 aviazərbə endirib.
 
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Bombardmanın kəşfiyyat məlumatı əsasında həyata keçirildiyi bildirilib. PKK-ya aid sığınacaqlar, silah-sursat anbarları məhv edilib.
 
Uğurlu əməliyyatdan sonra qırıcıların təhlükəsiz şəkildə aviabazaya qayıtdığı vurğulanıb.
cia.az