|
Türkiyədə ilk dəfə Həcc ziyarətinə gedənlər gələn ay məlum olacaq
Türkiyədə bu il ilk dəfə Həcc ziyarətinə getmək istəyənlərin qeydiyyatı yanvarın 6-da başa çatacaq.
 
"Report" Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Lüleburgaz bölgə müftisi Hüseyn Uysal deyib.
 
O bildirib ki, ilk dəfə Həcc ziyarətinə gedənlər üçün qeydiyat ötən il dekabrın 28-də başlayıb. Ziyarətə getmək üçün əvvəlki qeydiyyatların yenilənməsi prosesi isə yanvarın 9-dan başlayacaq və 31-dək davam edəcək.
 
Həcc ziyarətinə kimlərin gedəcəyi isə fevralın 23-də keçirləcək püşkatma nəticəsində bilinəcək. 
Cia.az