|
ABŞ Rusiyanın bunu etdiyinə inanır - Kəşfiyyatçı
ABŞ-ın kəşfiyyat qurumları Rusiyanın Demokratik Milli Konqresə (DMK) kiber hücumlar təşkil etdiyinə inanır.
 
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klapper jurnalistlərə açıqlamasında deyib.
 
“7 oktyabrda verdiyimiz açıqlamanın üstündə bir daha dururuq”, - Klapper bildirib.
 
Xatırladaq ki, Klapper sözügedən tarixdə verdiyi açıqlamada ABŞ-ın dövlət orqanlarına təşkil edilən hücumların arxasında Rusiyanın dayandığını bildirib.
cia.az