|
Karlov faktoru siyasətdə də yerini tapacaq - Çexiyalı diplomat
Avropa ölkələrində yaşayan vətəndaşlar özlərini terror hadisələrinə hazırlıqlı olmalıdır.
 
Axar.az xəbər verir ki, bu sözləri çexiyalı diplomat Yaroslav Basta “RİA”ya açıqlamasında deyib.
 
O qeyd edib ki, avropalılar terror təhdidləri ilə yaşamağı öyrənməlidir:
 
“Bu ilki yeni il şənliklərində Praqada hər zamankından daha çox terrorçu var idi. Turizm şirkətlərinin yayımladığı hesabatlar terrorçuların Paris, Brüssel və Berlindən daha çox Şərqi Avropa ölkələrinə gəldiyini göstərir”.
 
Diplomat onu da əlavə edib ki, Rusiya səfiri Andrey Karlovun öldürülməsi böyük qırılma nöqtəsi oldu:
 
“Karlov faktoru yaxın zamanda siyasətdə də yerini tapacaq”.
Cia.az