Türkiyənin İzmir şəhərində, məhkəmə binası önündə baş verən terror aktı ilə bağlı iki nəfər tutulub.
Bu barədə Türkiyənin Milliyet.com saytında xəbər yer alıb. Məlumata əsasən, terror aktından sonra İzmir polis idarəsinin əməkdaşlarının təşkil etdiyi əməliyyat nəticəsində iki şübhəli saxlanılaraq polis idarəsinə aparılıb.
Qeyd edək ki, 5 yanvar tarixində terrorçular Türkiyənin İzmir şəhərində məhkəmə binasının qarşısına bomba yüklənmiş maşınla gəliblər. Polis məmuru Fethi Sekin avtomobildə olan şəxslərdən şübhələnərək atəş açmağa başlayıb. Bu zaman terrorçular özlərini maşından yerə ataraq avtomobildəki bombanı işə salıblar. Hadisə nəticəsində bir ədliyyə zabiti və böyük faciənin qarşısını alan polis Fethi Sekin şəhid olub.
Cia.az
