|
Almaniyada qaçqın düşərgəsi yanıb: 50 mühacir xəsarət alıb
Almaniyanın qərbindəki qaçqın mərkəzlərindən birində yanğın nəticəsində 50-dən çox miqrant xəsarət alıb. 
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  insident Höfelhof şəhərində (Şimali Reyn-Vesfaliya torpağı) 500-dək qaçqının müvəqqəti yerləşdirildiyi keçmiş hərbi kazarmalarda baş verib.
 
Polisin məlumatına görə, ağır xəsarət almış bir neçə şəxs xəstəxanaya yerləşdirilib, qalanlarına tibbi yardım hadisə yerindəcə göstərilib.
Cia.az