ABŞ-ın Hərbi Hava Qüvvələri 1 və 3 yanvar tarixlərində Suriyanın şimal-şərqində yerləşən İdlib əyalətinə aviazərbələr endirməklə təqribən 20 "Əl-Qaidə" silahlısını məhv ediblər.
"Report" xəbər verir ki, bu barədə cümə axşamı keçirilən brifinqdə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Piter Kuk məlumat verib. "Təsdiq edə bilərəm ki, Birləşmiş Ştatlar Suriyanın şimal-şərqində "Əl-Qaidə" üzvlərinə silsilə, dəqiq zərbələr endirib", - deyə Kuk bildirib.
O, qeyd edib ki, yanvarın 1-də terrorçuların iki avtomobilinə zərbə endirilib, nəticədə 5 silahlı zərərsizləşdirilib. Yanvarın 3-də isə terrorçuların komanda məntəqəsi kimi fəaliyyət göstərən düşərgəyə zərbə endirilib. Burada isə 15-dən çox terrorçu məhv edilib.
Cia.az
