"The Gogglebox" verilişindən sonra məşhurlaşan Skarlet Mofatı görənlər tanımır.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 40 bədən ölçüsündən 34 bədən ölçüsünə düşən Skarlet bundan sonra da arıqlamaq fikrindədir.
"2017-ci ilə sağlam girdim və bundan sonra da sağlamlığıma fikir verəcəm. Bir az da arıqlayıb ideal bədən quruluşuna sahib olacam. Həyatda insan istədiyi hər şeyə nail ola bilirmiş. Yetər ki, onu ürəkdən istəyəsən", - deyə Mofat illər əvvəl çəkdirdiyi fotolarla indiki fotolarını yerləşdirdiyi sosial şəbəkədə yazıb.

cia.az
