|
"Yox" cavabı alsa da, hələ də onunla görüşür - foto

“One direction” qrupunun keçmiş üzvü, müğənni Zeyn Malik rədd cavabı alan sevgilisi Gigi Hadidi ilə birlikdədir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 23 yaşlı ifaçı bu yaxınlarda 21 yaşlı modelə evlilik təklifi edib. 

Lakin Gigi Malikin təklifinə “yox” deyərək, onu tələsməməyə çağırıb. Bundan əsəbləşməyən Zeyn belə bir açıqlama verib:

“Yəqin Hadid hələ evliliyə hazır deyil. Onun cəmi 21 yaşı var. Həm də o, balaca olanda valideynləri ayrılıb. Bu hadisə Gigiyə pis təsir edib. O da belə bir səhvə yol vermək istəmir. Amma biz bir-birmizi sevirik”.

Zeyn Hadid ilə birgə olduğunu və ondan incimədiyini sübut etmək üçün İnstaqram səhifəsində sevgilisi ilə birgə olan fotosunu da paylaşıb. 

Cia.az