“Yuventus” “Lion”un yarımmüdafiəçisi Korenten Tolisso ilə maraqlanır.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Fransa təmsilçisi 22 yaşlı futbolçu üçün 40 milyon avro tələb edir.
Üstəlik, “Lion”un prezidenti Jan-Mişel Olas bəyan edib ki, Tolissonun satışı yanvarda deyil, yalnız yayda mümkündür.
Qeyd edək ki, “Yuventus” da gənc yarımmüdafiəçini mövsüm başa çatdıqdan sonra heyətinə qatmağı planlaşdırır.
Cia.az
