|
Türkiyədə növbəti TERROR -

Türkiyənin İzmir şəhərində partlayış törədilib.

Hadisə İzmir Ədliyyə Nazirliyinin yerli  idarəsinin binası yaxınlığında baş verib.

Məlumatda qeyd olunub ki,  partlayışın səbəbi hələlik məlum deyil. Yaralananların olduğu bildirilir... Hadisənin terror olduğu ehtimal edilir.

 
***
Türkiyə KİV-nin məlumatına görə, partlayış növbəti terror aksiyasıdır. Partlayışdan sonra terrorçularla polis əməkdaşları arasında atışma olub. Polis iki terrorçunu zərərsizləşdirib. Daha bir terrorçunun isə axtarıldığı bildirilir...

 

***
"Anadolu" Agentliyinin məlumatına görə, hadisə nəticəsində 2-si polis olmaqla 7 nəfər yaralanıb. "Hürriyet" isə yaralananların sayının 10-a çatdığını bildirir. Onlar xəstəxanalara çatdırılıblar...


***
"Anadolu" Agentliyinin məlumatına görə, terakt nəticəsində 1 polis və 1 ədliyyə işçisi həlak olub...

Cia.az