|
Bakı Baş Polis İdarəsində YANĞIN

Bakıda Baş Polis İdarəsinin Müvəqqəti Təcridetmə Mərkəzində yanğın hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Cia.az-a verilən məlumata görə, yanvarın 4-də saat 18 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlar üçün Müvəqqəti Təcridetmə Mərkəzinin inzibati binasının zirzəmisində qısaqapanmadan tüstülənmə baş verib.

Tüstülənmənin qarşısı alınıb, zərərçəkən olmayıb.

Cia.az