|
Şəmkirdə yol QƏZASI:

Yanvarın 4-də saat 15 radələrində Şəmkir rayonunun Seyfəli kəndində kənd sakinləri Ruslan İbrahimovun idarə etdiyi "Opel" və Nurəddin Nağıyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. 
Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində hər iki sürücü və "Opel" markalı avtomobildə olan 8 sərnişin xəstəxanaya yerləşdirilib, onlardan 4-nə xəstəxanada ilkin tibbi yardım göstərildikdən buraxılıb.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Cia.az