|
Keçmiş baş nazir həbs edildi
Kosovonun keçmiş baş naziri Ramuş Xaradinay Fransada həbs edilib.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb.
Xaradinay Serbiya hökumətinin orderi əsasında saxlanılıb.
 
Qeyd edək ki, Xaradinay 1998-1999-cu illərdəki müharibə zamanı Kosovo albanlarının səhra komandiri olub.
 
Eks-hökumət başçısı hərbi cinayətkar sayılır. O, 2004-2005-ci illərdə Kosovo hökumətinə rəhbərlik edib.
Cia.az