|
Meksikada bazarda atışma olub: 6 ölü
Meksikanın kurort şəhəri Akapulkonun ərzaq bazarında silahlı insident baş verib.
 
"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.
 
Məlumatda bildirilir ki, naməlum şəxslərin açdığı atəş nəticəsində 6 nəfər həlak olub. Herrero ştatının təhlükəsizlik orqanlarının məlumatında bildirilir ki, bazarda atəş açanlar 3 nəfər olub.
 
Atəş nəticəsində beş nəfər hadisə yerindəcə ölüb. Hadisə zamanı ağır xəsarət almış bir qadın isə xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. 
cia.az