İraqın paytaxtı Bağdadda oğurlanan jurnalist heç bir xəsarət görmədən bir həftə sonra azad edilib.
Bu barədə məlumat "Reuters" agentliyində yer alıb.
Bildirilir ki, dekabrın axırında iraqlı jurnalist qadını bir qrup silahlı Bağdaddakı evindən oğurlayıb. Məlumata görə, silahlılar özlərini təhlükəsizlik əməkdaşları kimi təqdim edib, sonradan isə jurnalist Afrah Kaisin evinə daxil olaraq onu oğurlayıblar. Jurnalistlərin müdafiəsi və azadlığı təşkilatının nümayəndəsi Ziyad-əl-Ədjili bildirib ki, silahlılar jurnalistin telefonunu, komputerini, zinyət əşyalarını və maşınını belə qaytarıblar.
Bildirilir ki, 43 yaşlı əl-Kaisi ərəb dilində çıxan "Əş-Şərk əl-Ausat" beynəlxalq qəzetində işləyir.
cia.az
