|
"Mançester Siti"nin etirazı rədd edildi

İngiltərə Futbol Federasiyası "Mançester Siti"nin futbolçusu Fernandinyonun cəzasının ləğvi ilə bağlı etirazını rədd edib.

Qol.az-ın BBC-yə istinadən yaydığı xəbərə görə, braziliyalı oyunçuya verilən  4 matçlıq cəza qüvvədə qalıb.

Qeyd edək ki, Fernandinyo bu mövsüm ikinci dəfə qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalandırılıb.

Cia.az