|
Azyaşlı qardaşları maşın vurdu -

Yanvarın 3-də saat 17 radələrində Quba rayonunun Xanagah kəndi ərazisində Rustov kənd sakini Mehman Musayev idarə etdiyi "QAZel" markalı avtomobillə yolu keçən kənd sakinləri, azyaşlılar - Renat Qurbanovu və qardaşı Xəqanini vurub. Daxili İşlər Nazirliyindən Cia.az-a verilən məlumata görə, yanvarın 3-də hadisə nəticəsində R.Qurbanov hadisə yerində ölüb, Xəqaniyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Quba RPŞ tərəfindən araşdırma aparılır.

Cia.az