|
Muzey Mərkəzində gənc rəssam Milena Nəbiyevanın fərdi sərgisi açılacaq

Fevralın 8-də Muzey Mərkəzinin sərgi qalereyasında gənc rəssam Milena Nəbiyevanın “Kainat naxışları Minabi” adlı fərdi sərgisi açılacaq.

Muzeydən Cia.az-a bildirilib ki, sərgi fevralın 11-dək davam edəcək.

Milena Nəbiyevanın əsərləri sırasında milli dəyərlərimizə söykənən təsvirlər xüsusi yer tutur. Yaratdığı rəngkarlıq nümunələri rəssamın incə zövqü ilə yanaşı, düşüncələrini və daxili aləmini də əks etdirir.

Cia.az