Yanvarın 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziyasının Niyazi adına simfonik orkestrinin 85 illiyinə həsr olunan tədbir keçiriləcək.
Filarmoniyadan Cia.az-a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Televiziyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Tədbirdə orkestrin yaranması, Azərbaycan Televiziyası və Radiosunda, o cümlədən ölkəmizin mədəni həyatındakı fəaliyyəti haqqında məlumat veriləcək.
Daha sonra simfonik orkestrin müşayiəti ilə xalq və bəstəkar mahnıları səsləndiriləcək.
Cia.az
