|
Ərəblər Nurgül Yeşilçayı seçdilər

Akrisa Nurgül Yeşilçay Dubayda təşkil olunun "Beynəlxalq Ərəb Festivalı Mükafatları"nda (DIAFA) bu ilin "Ən yaxşı aktrisa" mükafatına layiq görülüb.

Cia.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa bu barədə sosial şəbəkə hesabında yazıb:

"Ən yaxşı aktrisa" mükafatını almağa gəlirəm. Hazırsanmı, Dubay? Maşallah"

Bir müddət öncə Özcan Dənizlə birgə "İkinci şans" filmində rol alan aktrisaya mükafat yanvarın 9-da təşkil olunacaq tədbirdə təqdim olunacaq.

Qeyd edək ki, N.Yeşilçay hazırda "Kösəm Sultan" serialında baş rolda çəkilir.