|
Belarusda yeni neft yatağı kəşf olunub
"Belorusneft" Neft-Qaz Hasilatı Birliyinin mütəxəssisləri yeni neft yatağı kəşf ediblər.
 Bununla bağlı şirkətin yaydığı məlumatda bildirilib. 
Qeyd olunub ki, dekabrda Belarusun neft kartında yeni yataq yaranıb: "Həmin yataq Pripyat çuxurunun regional Reçitsk-Vişansk yarığının ara bloku ərazisində kəşf olunub və "Uqolskoye" adını alıb". 
Xəbərdə vurğulanıb ki, yeni yatağın geoloji ehtiyatları 1,695 mln ton neft kimi qiymətləndirilir. 
 
"Belorusneft"dən bildiriblər ki, dəqiq qiymətləndirməni 2017-ci ildə kəşfiyyat quyusunun qazılmasından sonra vermək olar. 
Cia.az