|
Gəncədə yüksək sürət qəzaya səbəb olub, xəsarət alan var
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. 
 
Belə ki, dövlət nömrə nişanı 20-DE- 129 olan “BMW-318” markalı avtomaşın, dövlət nömrə nişanı 20-CK-262 olan “Mercedes-Benz” markalı avtomobil ilə toqquşub. Nəticədə “Mercedes-Benz” markalı avtomaşının sərnişini xəsarət alıb.
 
Hər iki avtomobilə ciddi ziyan dəyib. 
 
İlkin ehtimala görə, avtoqəzaya yüksək sürət səbəb olub.
 
Faktla bağlı araşdırma aparılır.
Cia.az