|
ABŞ-da əkizlərdən biri 2016-da, o biri 2017-ci ildə doğulub
ABŞ-ın Arizona ştatında Yeni il gecəsi əkizlər 10 dəqiqəlik fərqlə dünyaya gəlib.
Cia.az "Qazeta.ru"ya istinadən xəbər verir ki, adının Soyer qoyulduğu ilk oğlan 2016-cı il dekabrın 31-də saat 23:51-də doğulub.
Uşaqların atası zarafat edir ki, böyük oğlan hər zaman kiçiyə sataşa biləcək. 
 
İkinci uşaq - Everett saat 00:01-də, artıq 2017-ci ildə dünyaya göz açıb. 
 
Xəbərdə qeyd olunub ki, bənzər hadisə San-Diyeqoda baş verib, orada əkiz qızlar da 2016 və 2017-ci ildə doğulub. 
Cia.az