|
Türkiyə aviasiyası İŞİD-in Suriyadakı başçılarından birini məhv edib
Türkiyə hərbi-hava qüvvələri  İŞİD-in Suriyadakı başçılarından birini məhv edib. APA-nın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, terrorçuların "əmiri" hesab edilən Əbu Ənsari  Suriyanın Əl-Bab şəhəri yaxınlığında  məhv edilib. 
Bundan əvvəl Suriyanın şimalında İŞİD-in digər komandiri Əbu Hüseyn Tunusi məhv edilib. 
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı ötən gün İŞİD-in Suriyadakı mövqelərinə 12 hava zərbəsi endirib.
Cia.az